Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Biz artıq 10 000 000-luq ölkəyik!” devizi ilə konsert proqramı təşkil edilmişdir

06 aprel 2019 | 20:00
  07.04.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə rayonun Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən istirahət parkında “Biz artıq 10 000 000-luq ölkəyik” devizi ilə konsert proqramı təşkil edilmişdir.
  Konsertdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon sakinləri iştirak edirdilər.
  Rayonda fəaliyyət göstərən mədəniyyət evləri və musiqi məktəblərinin istedadlı ifaçıları və rəqs qrupları ilə yanaşı  tanınmış incəsənət xadimləri bir-birindən şən ifaları ilə konsertə daha da rəng qatdılar.
 
Keçidlər