Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

10 aprel 2019 | 20:00
  11.04.2019-cu il tarixdə  Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsi “Savalan” adlanan yaşayış sahəsində yerləşən 28 nömrəli tam orta məktəbdə şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin əməkdaşı  Xalid Əzimov, Bakı Şəhər Təhsil İdarəsinin Gənclərin hərbi xidmətə çağırış hazırlığı və fiziki bədən tərbiyəsi şöbəsinin  metodisti Rövşən Qasımov,rayonun tam orta ümumtəhsil məktəblərinin direktorları və şagird-müəllim heyəti iştirak edirdilər.
   Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov və edən Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev“Şahin” hərbi-idman oyununun  gənc nəslin hərbi vətənpərvərlik ruhda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara vətənə məhəbbət hislərinin aşılanmasında əhəmiyyətli dərəcədə rol oynadığını qeyd etdilər.
Daha sonra komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
   Yarışın nəticəsinə görə rayonun Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbin  komandası birinci, Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta məktəbin komandası ikinci və Bakıxanov qəsəbəsi 80 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldülər.
  Sonda yarışda yer tutmuş və xüsusi fərqlənən komandalara Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olundu.
Keçidlər