Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda tədbir keçirildi

06 may 2019 | 20:00
  Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, millət vəkili Sona Əliyeva, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, məktəb direktorları və digər qonaqlar iştirak etmişdir.
  Tədbirdən öncə qonaqlar məktəblə yaxından tanış olub, tədris prosesinin gedişini izləyiblər.
  “Heydər Əliyev və azərbaycançılıq” adlı tədbirdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dilarə Cəbrayılova qonaqları salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb.
  Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva, millət vəkili Sona Əliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və digər qonaqlar ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
  Daha sonra tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
  Tədbirdə həmçinin müxtəlif müsabiqələrdə qalib olmuş məktəb şagirdləri təltif olunublar.
  Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
Keçidlər