Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Gənclər Mərkəzində “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilmişdir

09 may 2019 | 20:00
  10.05.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilmişdir.
  Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci Vitse-Prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev, Tədbirdə  300-dən çox gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
  Tədbir iştirakçıları və qonaqlar ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Mərkəzdə yerləşən Ulu Öndərə həsr olunmuş muzeylə tanış olmuşlar.
  Muzeylə tanışlığdan sonra isə gənclər tərəfindən Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan fləşmob izlənilmiş, rəsmilərin çıxışları dinlənilmişdir.
  Sonda isə kinorejissor Vaqif Mustafayev Ümummilli lider haqqındakı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş və onun Heydər Əliyevə həsr edilmiş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunmuşdur.
 
Keçidlər