Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsində yerləşən “Rəhimə xanım” ziyarətgahında iftar süfrəsi təşkil edilmişdir

22 may 2019 | 20:00
23.05.2019-cu il tarixdə Nardaran qəsəbəsində yerləşən “Rəhimə Xanım ziyarətgahı”nda  Sabunçu Rayon İcra Hakimiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilmişdir. Tədbirdə Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, din xadimləri və Nardaran qəsəbə sakinləri iştirak ediblər.
  Çıxış edənlər müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edərək Ramazan ayının sevgi, mərhəmət, xeyirxahlıq, mənəvi yenilənmə ayı olduğunu qeyd etməklə yanaşı, müqəddəs ayın cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsində xüsusi əhəmiyyəti olduğunu qeyd etdilər.
  İftar mərasimində Qurani-Kərim tilavət edilib, dualar oxunub.
 
Keçidlər