Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Sabunçu rayonu Maştağa qəsəbəsi 28 saylı tam orta məktəbdə tədbir keçirilmişdir

30 may 2019 | 20:00
  1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Sabunçu rayonu Maçtağa qəsəbəsi 28 saylı tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman  İdarəsinin rəis müavini Aydın Yusifov, Sabunçu rayon Gənclər və İdman  İdarəsinin rəisi Rakif Əliyev iştirak edirdilər.
  Məktəbin ərazisində uşaqlar  asfalt üzərində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş rəsimlər çəkmş, müxtəlif növ  idman yarışları keçirilmişdir. Tədbir sonda məktəbin akt zalında bədii hissə ilə davam etmişdir. Rəngarəng proqramlarla çıxıç edən uşaqlar, mahnılar oxudu, rəqs edib, şer söylədilər. Tədbirin sonunda idman yarışlarında qalib gəlmiş komandalara Fəxri Fərmanlar verildi.
 
Keçidlər