Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsində mədəniyyət və istirahət parkının açılış mərasimi keçirilmişdir

24 iyun 2019 | 20:00
25.06.2019-cu il tarixdə Nardaran qəsəbəsində “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr” günü ilə əlaqədar mədəniyyət və istirahət parkının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə və müəssisə rəhbərləri, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişdir.
Parkda dövlət tərəfindən 1973-cü ildə 1941-1945-ci ildə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək üçün Xatirə abidəsi ucaldılmışdır. Yenidənqurma işləri zamanı Xatirə abidəsi yenidən bərpa edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti adından abidənin önünə əklil qoyulduqdan sonra Böyük Vətən müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
Bildirilmişdir ki, Böyük Vətən Müharibəsində 207 nəfər iştirak etmişdir, onlardan 137 nəfər həlak olmuş, 37 nəfər itkin düşmüşdür. 33 nəfər isə müharibə əlili və iştirakçısı olmuş, hal-hazırda vəfat etmişlər.
Hal-hazirda 1941-1945-cı ildə Böyük Vətən Müharibəsində həlak olan 137 nəfərin adı xatirə abidəsində həkk edilmişdir.
Sonda Sabunçu rayonunda fəaliyyət göstərən mədəniyyət evləri və musiqi məktəblərinin istedadlı ifaçıları və rəqs qrupları rəngarəng proqramlarla çıxış edərək mahnılar oxudu, rəqs edib, şeir söylədilər.
Abidənin ətrafında 1100 kv.m sahəsi olan istirahət mədəniyyət və istirahət parkı sakinlərin istifadəsinə verilmişdir.
Keçidlər