Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən Könüllü”lər “Natiqlik, bədən dili və təqdimat bacarıqları” təlimində iştirak ediblər

27 sentyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər davam edir.
   28.09.2019-cu il tarixdə təlimçi Fəxrəddin Abdullayev tərəfindən keçirilən “Natiqlik, bədən dili və təqdimat bacarıqları” təlimində könüllülər fikrin düzgün və aydın ifadə edilməsi, auditoriyanı ələ almaq bacarıqları, təqdimatın maraqlı və interaktiv qurulması, bədən dili haqqında ümumi anlayış və bundan düzgün istifadə texnikaları mövzuları üzrə yeni biliklər əldə etdilər.
   Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən Könüllü”lər üçün hazırlanan silsilə təlimlər 2 ay müddətində davam edəcək.
 
Keçidlər