Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 oktyabr - Beynəlxalq Ahıllar Günü” münasibətilə tənha yaşayan ahıl sakinlərlə görüş keçirildi

29 sentyabr 2019 | 20:00
   30.09.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu rayon təşkilatı, Ramana və Balaxanı bələdiyyələrinin birgə təşkilatçılığı ilə “1 oktyabr - Beynəlxalq Ahıllar Günü” münasibətilə rayonda tənha yaşayan ahıl sakinlərlə görüş keçirildi.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Ramana bələdiyyəsinin sədri İntizar Rzayeva, Balaxanı bələdiyyəsinin sədri Vüsalə Səlimova, Sabunçu Rayon İcra Hakimiyyəti və bələdiyyə əməkdaşları Ramana və Balaxanı qəsəbələrində tənha yaşayan, diqqət və qayğıya ehtiyacı olan ahıl sakinlərin evlərinə gedərək onların səhhəti, ailə və məişət problemləri ilə maraqlandılar. Sonra “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə ahıl sakinlərə bayram sovqatı və müxtəlif hədiyyələr təqdim olundu.
   Sakinlər ölkədə ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını qeyd edərək ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
 
Ətraflı: https://www.facebook.com/sabunchuih/posts/1375048579324775
 
Keçidlər