Şriftin ölçüsü :

Saytın rəngi :

Təşkilatın sədr müavinləri

Qasımov Bəxtiyar Əli oğlu 16 fevral 1957-ci ildə Naxçıvan rayonu Sirab kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra Zabrat Maşınqayırma zavodunda tornaçı işləmişdir. 1979-cü il tarixində Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1996-cı ildə Balaxanı Maşınqayırma zavodunda Sahə rəisi vəzifəsində çalışmışdır. 1997-ci ildən etibarən Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavinidir. 
1998-ci ildən hal-hazıradək Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının Sədr müavinidir.
Ailəlidir, 2 övladı var.
 
 
 
 
 
 
 
 
 
Mehrəliyev Məhərrəm Əli oğlu 12 iyul 1959-cu ildə Naxçıvanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Politexnik Universitetini bitirmişdir. 1986-1990-cı illərdə Rusiya Federasiyası Tula şəhərində Ağır Armatur zavodunda sex rəisi, 1990-cı ildən Bakı Maşınqayırma zavodunda baş mühəndis müavini işləmişdir. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1993-cü ildən Sabunçu rayon təşkilatının İdarə Heyətinin üzvüdür.
1999-2003-cü illərdə Sabunçu rayon İcra Hakimiyyəti Bakıxanov qəsəbəsi İcra nümayəndəliyində müdir müavini, 2003-2017-ci illərdə Sabunçu qəsəbəsi İcra Nümayəndəliyinin müdiri vəzifələrində çalışmışdır.
Ailəlidir, 2 övladı var.
 

 

Keçidlər