Şriftin ölçüsü :

Saytın rəngi :

Görmə İmkanları məhdud şəxslər üçün reabilitasiya mərkəzi

 
 

  Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin binasının foyesində ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən fotostend yaradılıb. Mərkəz tədris, üzgüçülük və idman zalı korpuslarından ibarətdir. Binada konfrans zalı və sərgi salonu var. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslərin əl işləri sərgi salonunda nümayiş etdirilir. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə də təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb. Binada Brayl əlifbasının tədrisi, Brayl yazı nəşrləri, səsli nəşrlər, adaptasiya avadanlığı və ondan istifadənin öyrədilməsi üçün otaqlar da müasir səviyyədədir. Mərkəzdə rəqs və musiqi məşğələləri, həmçinin kompüter, biblioqrafik icmal, iri şrift otaqları və zəngin kitabxana da buraya gələnlərin ixtiyarına verilib.
  Kompleksin 2800 kvadratmetrə yaxın tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana yaradılıb.
  İdman korpusunda isə oyunlar zalı, təlimatçı və həkim otaqları var. Zalda görmə imkanı məhdud şəxslər idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Mərkəzin üzgüçülük korpusu da müasir səviyyədədir. Burada 25 metr uzunluğunda hovuz yaradılıb.
  Ərazidə inşa olunan binaların hamısı mərkəzləşdirilmiş isti su, havalandırma sistemləri ilə təchiz edilib, iki su çəni, elektrik təchizatı üçün transformator yarımstansiyası quraşdırılıb. Bütün korpuslar müasir mebel, inventar və digər avadanlıqla təchiz olunub. Ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb.
 
 
 
Yetkinlik yaşına çatmamış görmə imkanları məhdud şəxslər üçün reabilitasiya mərkəzi
 
 
Zabrat qəsəbəsi
Zabrat-Pirşağı yolu 1-ci  km.
 
Direktor
Abdullayev Saday
 

 

Keçidlər