Şriftin ölçüsü :

Saytın rəngi :

2017 yarımillik

 
Rayonun iri sənaye müəssisələri
  Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emalsənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “BakıFəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMCvə s. müəssisələr igöstərmək olar.
 

“Balakhanı Operating Company” LTD
  Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 67608.3 min manat olmuşdur.
2017-ci ilin 6 ayında istehsal etdiyI neftin həcmi 124.7 min ton,qaz 4.9 milyon m3 olmuşdur.
  Müəssisədə çalışanların sayı 1405 nəfər, orta aylıq əmək haqqı 943.0 manat olmuşdur.

“Azgerneft” MMC
  Müəssisənin əsas istehsalı neft   istehsalından ibarətdir. 2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 23611.9 min manat olmuşdur.
2017-ci ilin 6 ayında istehsal etdiyi neftin həcmi 43.4 min ton olmuşdurki, keçən ilə nisbətən 6.5 faiz az olmuşdur.
  Müəssisədə çalışanların sayı 411 nəfər, orta aylıq əmək haqqı  954.4manat olmuşdur.

“Bakı Neft Maşınqayırma” TASC
  Müəssisənin əsas istehsalı fontan armaturu, kəmər başlıqları, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalından ibarətdir. 2017- cı ilin yanvar-iyun aylarında fontan armaturunun istehsalı 4.0 ton, kəmər başlıqların ınistehsalı 36.6 ton,sair hissələr 582.3 min manat olmuşdur 2017-ci ilin yanvar-iyun aylarında satışın ümum ihəcmi 1434.0 min manat olmuşdur. 01.07.2017-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 5616.5 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 110 nəfər, orta aylıq əmək haqqı 170 manat olmuşdur.

“BakıFəhləsi” TASC
  2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 852.1 min manat olmuşdur. 01.07.2017-ci Il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 1124.5 min manat olmuşdur.Ümumi təyinatlı avadanlıqların təmiri və texniki xidmət göstərilməsi 799.6 min  manat,nasos blokların istehsalı 5.2 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 70 nəfər, orta aylıq əmək haqqı 345.0 manat olmuşdur.
 
Neftqazmaş” ASC
  Müəssisənin əsas istehsal ıolan maye üçün nasoslar və maye qaldırıcıların istehsalı 1000.0 min manat olmuşdur,  digər qruplara daxil edilməyən sair ümumi təyinatlı avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinin dəyəri 311,2 min manat olmuşdur. 2017-ci ilinyanvar-iyun aylarında satışın ümumi həcmi 1433.9 min manat olmuşdur. 01.07.2017-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 165.1 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 125 nəfər, ortaaylıqəməkhaqqı 407.0 manat olmuşdur.

“Sərham” MMC
  Müəssisənin əsas istehsalı olan çörəyin miqdarı 7697 ton olmuşdur ki, 2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 5184.5 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 560 nəfər, orta aylıq əmək haqqı 155.0manat olmuşdur.

SunteaMMC
  Müəssisənin əsas istehsalı olan çayın miqdarı 3624.5 ton olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 33192.5 min manat olmuşdur.Hazır məhsul qalığı 938.3 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 243nəfər, orta  aylıq əmək haqqı 347.0anatolmuşdur.

“Şirin” MMC
  Müəssisənin əsas istehsalı olan şokolad istehsalı  953683.4 kq, karamel istehsalı 108094.4 kq  olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 3640.6 min manat olmuşdur. 01.07.2017 -ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 46.1 min manat olmuşdur.
  Müəssisədə alışanların sayı 274nəfər, orta aylıq əmək haqqı 244.0  manat olmuşdur.

“Bakı fındıqemalı” MMC
  Müəssisənin əsas istehsalı olan fındıq istehsalı 12720.0 kq olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında satışın ümumi həcmi 101 min manat olmuşdur.
  Müəssisədə çalışanların sayı 44 nəfər, orta aylıq əmək haqqı 559.0 manat olmuşdur.
Keçidlər