Şriftin ölçüsü :

Saytın rəngi :

2016 illik

 
Tikinti
  2016-cı ilin yanvar-dekabr aylarında  rayonda  bütün  maliyyə  mənbələri  hesabına 127984,4 min  manat  əsas  fondlar istifadəyə  verilmişdir.2016-cı ilin yanvar-dekabr aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 79361,0 kv.m.-dən 346 yaşayış  evləri  istifadəyə  verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 39929,0 kv.m., onların dəyəri isə 103800,0 min manat olmuşdur.2016-ci ilin yanvar-dekabr aylarında  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 197609.0 min manat həcmində investisiya yönəldilmişdir, bu da əvvəlki  ilin müvafiq  dövrünə nisbətən 69,9 faiz təşki etmişdir.Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 110514.6  minmanat (55.9 faiz), dövlət  mülkiyyətinə məxsus müəssisə  və təşkilatlar  87094.4 minmanat (44.1 faiz) sərmayə  yönəltmişlər.  2016-cı ilin yanvar-dekabr aylarında 183148.3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,6 faiz təşkil etmişdir.2016-cı ilin yanvar-dekabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri  ilə  yerinə  yetirdikləri  podrat   işlərinin  həcmi  85903.6 min  manat  və  ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  35.9 faiz az təşkil etmişdir.                                                   
  2016-cı ilin yanvar-dekabr aylarında podratçı  təşkilatların  gördükləri  işlər  yeni  tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi üzrə 38816.0 minmanat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 62 faiz azalmış, əsaslı  təmir üzrə  39216.2 min  manat (64.6faiz azalmiş), cari  təmir üzrə 2221.7 min  manat (42.7 faiz artmiş), sair  işlər üzrə  isə 5649.7 min  manat (49.5 faiz azalmış) olmuşdur.
  Qeyri-dövlət mülkiyyətində olan  tikinti  müəssisələrinin  yerinə yetirdikləri  işlərin həcmi  50662.2 minmanat (59.0 faiz ), dövlətmülkiyyətində olan tikinti  müəssisələrinin  yerinə yetirdikləri işlərin həcmi isə 35241.4 min  manat  (41faiz )  olmuşdur.
  2016 cı ilin yanvar-noyabr  aylarında tikintidə işçilərin orta sayı 1838 nəfər olmuşdur.Bu sahədə orta aylıq əmək haqqı 340.4 manat olmuşdur ki, bu da   keçən ilin müvafiq dövrünə nisbətən 11.8 faiz çoxdur.
Keçidlər