Şriftin ölçüsü :

Saytın rəngi :

BAKI GƏNCLƏR MƏRKƏZİ

 
  Sabunçu rayonunda Bakı Gənclər Mərkəzinin inşa edilməsi bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramların ardıcıl xarakter aldığını göstərir.
  Bakı Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ümumi ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Bu istirahət mərkəzinin ərazisində idman meydançası və açıq havada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb. Parkda inşa olunan Bakı Gənclər Mərkəzinin üçmərtəbəli binasının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. 
  Mərkəzin ümumi sahəsi 5800 kvadratmetrdir. Mərkəzin yüksək zövqlə inşa edilən binasının interyeri müasirliyi ilə seçilir. Burada 300 yerlik böyük konfrans zalı yaradılıb. Zalda rayonun ictimai-siyasi və mədəni həyatı ilə bağlı əlamətdar tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur.
  Bakı Gənclər Mərkəzində Heydər Əliyev Muzeyinin yaradılması Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğində və öyrənilməsində mühüm rol oynayır. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar var. Burada, həmçinin Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolar və sənədlər nümayiş olunur.
  Bakı Gənclər Mərkəzində virtual atıcılıq otağı, foto və poliqrafiya studiyaları, fortepiano və rəqs zalları yaradılıb. Burada, həmçinin kiçik konfrans zalı, Gənclər kafesi, virtual sinif, kompüter, xarici dil kursları və linqafon, rəsm, intellektual oyun və şahmat otaqları da mövcuddur. Mərkəzdə 90 yerlik kinozal və elektron kitabxana da gənclərin ixtiyarına verilmişdir. Bundan başqa, burada nikah zalları da yaradılıb.
  13 dekabr  2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa olunmuş Bakı Gənclər Mərkəzinin açılışında iştirak etdi. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev görülən işlər barədə dövlət başçısına məlumat verdi.
 
 
Vəzifəsi
Soyadı, adı, atasının adı
Əlaqə
Ünvan
Telefon
Direktor
Babayeva Nərgiz Faiq qızı
AZ 1032  Bakıxanov qəsəbəsi,
Muxtar Fətəliyev küçəsi 40/89
012 404 45 94
 
 
Fəaliyyət istiqamətləri
 
 
- Gənclərin karyera quruculuğu ilə bağlı layihələrin təşkil olunması
- Təkmiləşdirmə proqramlarının həyata keçirilmısi
- Konkret mövzular üzrə öyrədici silsilə məktəblərin təşkil olunması
- Təcrübə proqramlarının təşkili
- Təlim və görüşlərin keçirilməsi
- Yerli və beynəlxalq proqramların icrası
- Gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili üçün dərnək və sosial aktivliklərin təşkili
 
 
Keçidlər