Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti 2018 yarımillik

Tikinti
  2018-ci ilin yanvar-iyun  aylarında bütün  maliyyə mənbələri hesabına 57341.9 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
  2018-ci ilin yanvar-iyun aylarında Sabunçu rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 182827.6 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  faktiki qiymətlərlə 82.1 faiz çox vəsait yönəldilmişdir.  2018-ci ilin yanvar-iyun aylarında 172793.9 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
  2018-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 79488.7 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 25.9 faiz artmışdır.
  Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2018-ci ilin yanvar-iyun aylarında  5868.7 min manat, əsaslı təmir 55276.4 min manat, cari təmir 12787.5 min manat, sair tikinti  işləri isə 5556.1 min manat təşkil etmişdir.  
Keçidlər