Şriftin ölçüsü :

Saytın rəngi :

2015 illik

Rayonun iri sənaye müəssisələri

Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMC və s. müəssisələri göstərmək olar.

 

“Balakhanı Operating Company” LTD

Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 76105,1 min manat olmuşdur.

2015-ci ilin 12 ayında istehsal etdiyi neftin həcmi 266,5 min ton olmuşdur.

Müəssisədə çalışanların sayı 1430 nəfər, orta aylıq əmək haqqı 774,9 manat olmuşdur.

 

“Azgerneft” MMC

Müəssisənin əsas istehsalı neft və neft yataqlarının qazının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 27882,2 min manat olmuşdur.

2015-ci ilin 12 ayında istehsal etdiyi neftin həcmi 93,0 min ton olmuşdur.

Müəssisədə çalışanların sayı 419 nəfər, orta aylıq əmək haqqı  797,0 manat olmuşdur.

 

“Bakı Neft Maşınqayırma” TASC

Müəssisənin əsas istehsalı fontan armaturu, kəmər başlıqları, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-dekabr aylarında fontan armaturunun istehsalı 94,7 ton, kəmər başlıqlarının istehsalı 53,0 ton, fontan armaturunun bağlayıcı və tənzimləyici qurğularının istehsalı 9,3 ton olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 2917,1 min manat olmuşdur. 01.01.2016-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 6400,7 min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 191 nəfər, orta aylıq əmək haqqı 164,6 manat olmuşdur.

 

“Bakı Fəhləsi” TASC

Müəssisənin əsas istehsalı mancanaq dəzgahlarının istehsalından ibarətdir. 2015-ci ilin yanvar-dekabr aylarında 1 ədəd mancanaq dəzgahı istehsal olunmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 1803,4 min manat olmuşdur. 01.01.2016-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 3170,3 min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 94 nəfər, orta aylıq əmək haqqı 592,5 manat olmuşdur.

 

“Neftqazmaş” ASC

Müəssisənin əsas istehsalı olan maye üçün nasoslar və maye qaldırıcıların istehsalı 6 ədəd, digər qruplara daxil edilməyən sair ümumi təyinatlı avadanlıqların təmiri və onlara texniki xidmət göstərilməsinin dəyəri 620,4 min manat olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 3375,9 min manat olmuşdur. 01.01.2016-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 146,1 min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 145 nəfər, orta aylıq əmək haqqı 276,3 manat olmuşdur.

 

“Sərham” MMC

Müəssisənin əsas istehsalı olan çörəyin miqdarı 18714,7 ton olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 6984,2 min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 503 nəfər, orta aylıq əmək haqqı 154,0 manat olmuşdur.

 

“Sun tea” MMC

Müəssisənin əsas istehsalı olan çayın miqdarı 5912,4 ton olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 11716,4 min manat olmuşdur. 01.01.2016-cı il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 218,6 min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 179 nəfər, orta aylıq əmək haqqı 580,0 manat olmuşdur.

 

“Şirin” MMC

Müəssisənin əsas istehsalı olan şokolad istehsalı 829646,0 kq, karamel istehsalı 128350,0 kq  olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 3001,8 min manat olmuşdur. 01.01.2016-ci il tarixinə müəssisənin anbarlarında hazır məhsul ehtiyatının qalığı 110,9 min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 254 nəfər, orta aylıq əmək haqqı 198,4  manat olmuşdur.

 

“Bakı fındıq emalı” MMC

Müəssisənin əsas istehsalı olan fındıq istehsalı 120470,1 kq olmuşdur. 2015-ci ilin yanvar-dekabr aylarında satışın ümumi həcmi 2340,9  min manat olmuşdur.

Müəssisədə çalışanların sayı 52 nəfər, orta aylıq əmək haqqı 493,5  manat olmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər