Şriftin ölçüsü :

Saytın rəngi :

2015 yarımillik

Tikinti

2015-ci ilin yanvar-iyun aylarında  rayonda  bütün  maliyyə  mənbələri  hesabına 19222,2 min  manat  əsas  fondlar istifadəyə  verilmişdir.
2015-ci ilin yanvar-iyun aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 11573,0 kv.m.-dən 39 yaşayış  evləri  istifadəyə  verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 3139,0 kv.m., onların dəyəri isə 6723,9 min manat olmuşdur.
2015-ci ilin yanvar-iyun aylarında  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 136184,8 min manat həcmində investisiya yönəldilmişdir, bu da əvvəlki  ilin müvafiq  dövrünə nisbətən 2,9 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 12595,4  min manat (9,2 faiz), dövlət  mülkiyyətinə məxsus müəssisə  və təşkilatlar  123589,4 min manat (90,8 faiz) isə sərmayə  yönəltmişlər.  
2015-ci ilin yanvar-iyun aylarında 125487,8 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz çoxdur.
2015-ci ilin yanvar-iyun aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri  ilə  yerinə  yetirdikləri  podrat   işlərinin  həcmi  75212,1 min  manat  və  ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  61,2 faiz təşkil etmişdir.                                                                          
2015-ci ilin yanvar-iyun aylarında podratçı  təşkilatların  gördükləri  işlər  yeni  tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi üzrə 13167,0 min manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artmış, əsaslı  təmir üzrə  56427,8 min  manat, (86,2 faiz təşkil etmiş), cari  təmir üzrə 796,7 min  manat, (1,6 faiz təşkil etmiş), sair  işlər üzrə  isə 4820,6 min  manat, (66,0 faiz artmış) olmuşdur.
Qeyri-dövlət mülkiyyətində olan  tikinti  müəssisələrinin  yerinə yetirdikləri  işlərin həcmi  23186,9 min manat (30,8 faiz), dövlət mülkiyyətində olan tikinti  müəssisələrinin  yerinə yetirdikləri işlərin həcmi isə 52025,2 min  manat  (69,2 faiz)  olmuşdur.

Keçidlər