Şriftin ölçüsü :

Saytın rəngi :

2015 illik

Tikinti

2015-ci ilin yanvar-dekabr aylarında  rayonda  bütün  maliyyə  mənbələri  hesabına 103941,4 min  manat  əsas  fondlar istifadəyə  verilmişdir.

2015-ci ilin yanvar-dekabr aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 43916,0 kv.m.-dən 215 yaşayış  evləri  istifadəyə  verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 22486,0 kv.m., onların dəyəri isə 53000,0 min manat olmuşdur.

2015-ci ilin yanvar-dekabr aylarında  rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 282801,7 min manat həcmində investisiya yönəldilmişdir, bu da əvvəlki  ilin müvafiq  dövrünə nisbətən 38,7 faiz təşkil etmişdir.

Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 70181,5  min manat (24,8 faiz), dövlət  mülkiyyətinə məxsus müəssisə  və təşkilatlar  212620,2 min manat (75,2 faiz) isə sərmayə  yönəltmişlər.  

2015-ci ilin yanvar-dekabr aylarında 260041,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,9 faiz təşkil etmişdir.

2015-ci ilin yanvar-dekabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri  ilə  yerinə  yetirdikləri  podrat   işlərinin  həcmi  210924,4 min  manat  və  ya  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  64,1 faiz təşkil etmişdir.                                                            

2015-ci ilin yanvar-dekabr aylarında podratçı  təşkilatların  gördükləri  işlər  yeni  tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi üzrə 87301,3 min manat (əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə artmış, əsaslı  təmir üzrə  110917,9 min  manat (84,2 faiz təşkil etmiş), cari  təmir üzrə 1557,2 min  manat (1,1 faiz təşkil etmiş), sair  işlər üzrə  isə 11148,0 min  manat (17,2 faiz artmış) olmuşdur.

Qeyri-dövlət mülkiyyətində olan  tikinti  müəssisələrinin  yerinə yetirdikləri  işlərin həcmi  107672,0 min manat (51,0 faiz), dövlət mülkiyyətində olan tikinti  müəssisələrinin  yerinə yetirdikləri işlərin həcmi isə 103252,4 min  manat  (49,0 faiz)  olmuşdur.

Keçidlər