Şriftin ölçüsü :

Saytın rəngi :

187 №-Lİ TAM ORTA MƏKTƏB

 
Maştağa qəsəbəsi B. Bağırov küçəsi 9
 
  Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 97 sinifdə 2188 şagird təhsil alır. Məktəbdə iki bölmə - Azərbaycan və rus bölmələri vardır. Məktəb iki növbəlidir, altı günlük iş rejimi ilə işləyir.1955-ci ildən etibarən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə məktəb görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 134 müəllim məşğuldur. Sabunçu rayon RTŞ-nin 40 saylı 2004-cü il tarixli əmri ilə 2004-cü ildə rayon miqyasında məktəbin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır. Məktəb 9 il ardıcıl olaraq “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
 
 

Məmmədova Gülnarə Çimnaz qızı

C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin direktor əvəzi
  012-455-47-40

 

Keçidlər