Şriftin ölçüsü :

Saytın rəngi :

209 №-Lİ TAM ORTA MƏKTƏB

 
Maştağa qəsəbəsi A. M. Əbdülkərim küçəsi 93
 
  Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsində yerləşir.1962/1963-cü tədris ilində fəaliyyətə başlayıb. Məktəb binası uyğunlaşdırılmış binadır. Təcrübəli təhsil işçisi Teymur Abbasovun rəhbərlik etdiyi bu təhsil ocağında ilk təhsil ilində şagird sayı 500-dən çox olub. Hazırda yüksək səviyyədə təmir edilmiş və müasir maddi-texniki baza ilə təmin olunmuş bu təhsil ocağı 320 şagird yerlik olsa da, burada 538 şagird təhsil alır. Məktəbdə 39 nəfərdən ibarət pedoqoji heyət çalışır. Onlardan 33 nəfəri ali təhsilli, 6 nəfəri isə orta ixtisas təhsillidir. Məktəbin kitabxanası, akt və idman zalları, futbol meydançası, informatika kabineti var. Üç sinif elektron lövhə ilə təmin olunub. Müəllimlərdən Bağırova Rəfiqə, Əliyev Vahid, Allahverdiyeva Dürdanə, Əliyeva Kəmalə, Quliyev Natiq, Məmmədova Mətanət bu məktəbin məzunlarındandır. Məktəb 03 yanvar 1992-ci ildən etibarən 20 Yanvar şəhidi Kamal Məmmədovun adını daşıyır. O, 21 dekabr 1955-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Orta təhsilini 209 №li tam orta məktəbdə alıb. 1990-cı ilin 20 Yanvarında ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizə zamanı şəhidlik zirvəsinə yüksəlib. Maştağa qəsəbəsindəki “Şəhidlər xiyaban”ında dəfn olunub.
 
 

Ağayeva Səbahət Yəhya qızı

Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbin direktoru
012-455-03-49  

 

Keçidlər