Şriftin ölçüsü :

Saytın rəngi :

293 №-Lİ TAM ORTA MƏKTƏB

 
Maştağa qəsəbəsi N. Gəncəvi küçəsi 9
 
  Məktəbin binası 1969 - cu ildən inşa edilmişdir və 1991 - ci ilə qədər 2N-li internat məktəbi kimi fəaliyyət göstərmişdir. Nazirlər kabinetinin 7 may 1991 - ci li tarixli, 123 saylı qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 1991 - ci il tarixli, 422 saylı əmrinə əsasən internat məktəbinin yerləşdiyi bina eksperimental təmayüllü orta ümumtəhsil məktəbinə verilmiş,1991-1992 -ci il ilk dərs ilində pedaqoji kollektiv 260 şagirdin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Eksperimental təmayüllü məktəbin direktoru filologiya elimləri namizədi Məmmədov Məmməd Nuru oğlu olmuşdur.1996-cı ildən eksperimental təmayüllü məktəbə dahi qəzəlxan "XX əsrin Fizulisi" Əliağa Vahidin adı verildi.Məktəb Ə.Vahid adına 293 N-li tam orta məktəb adlandırıldı. 2001-ci ildən Rzayeva Xuraman Ələkbər qızı məktəbin direktoru təyin edilmişdir. Rzayeva Xuraman Ələkbər qızının ixtisası biologiya müəllimidir. Hal-hazırda məktəbdə 62 pedaqoji işçi var. 62 pedaqoji işçidən 1 nəfəri direktor, 3 nəfəri direktor müavini, 1 nəfəri psixoloq,1 nəfəri hərbi rəhbər, 1 nəfəri UBR vəzifəsində işləyir. Texniki işçilərin sayı 25 nəfərdir.
 
Qasımov Rövşən Şahniyar oğlu
Əliağa Vahid adına
293 nömrəli tam orta məktəbin direktoru
012-455-23-48

 

Keçidlər