Şriftin ölçüsü :

Saytın rəngi :

4 №-Lİ TAM ORTA MƏKTƏB

 
Balaxanı qəsəbəsi Şəfqət küçəsi 20
 
C. Cahangirov adına 4 nömrəli tam orta məktəb Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Məktəb binasının I mərtəbəsi 1914- cü, II mərtəbəsi 1927-ci ildə tikilmişdir. 1914-1927-ci illərdə bina qızlar məktəbi, uşaq bağçası, peşə məktəbi kimi fəaliyyət göstərmişdir. 1927-ci ildən etibarən isə bina ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. 1994-cü ildə məktəbə Balaxanı qəsəbəsində anadan olmuş dahi bəstəkar Cahangir Cahangirovun adı verilmişdir. Bu illər ərzində məktəbi bitirən məzunlar respublikanın müxtəlif ali və orta ixtisas təhsil ocaqlarına daxil olmuşlar. Hal-hazırda məktəb məzunlarından 4 nəfəri təhsil ocağında müəllim kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə 763 şagird təhsil alır. 43 nəfərdən ibarət pedaqojı kollektiv təlim keyfiyyətlərinin yüksəldilməsini, fənlərin inteqrasiyasını, biliklərin yeni meyarlarla üzə çıxarılıb qiymətləndirilməsini, istedadlı şagirdlərlə işin qüvvətləndirilməsini,yeni təlim metodlarından geniş istifadə edilməsini başlıca vəzifələrdən biri hesab edir. 2013-2014-cü tədris ilində məktəb binası dövlətimizin qayğısı nəticəsində yüksək səviyyədə təmir olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar əyani və texniki vəsaitlərlə təmin olunmuşdur.
 
 
Ağaliyev Fərid Fariz oğlu
C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin direktor əvəzi
012-451-17-23   

 

Keçidlər