Şriftin ölçüsü :

Saytın rəngi :

69 №-Lİ TAM ORTA MƏKTƏB

 
Balaxanı qəsəbəsi Sabir küçəsi 16
 
Məktəb 1907-ci ildə inşa edilmişdir. Görkəmli satirik şair Mirzə Ələkbər Sabir bu məktəbdə dərs demişdir. Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən bu məktəbin fəaliyyəti 1935- ci ildən genişlənmişdir. Məktəb 500 yerlik və üç mərtəbəlidir. Məktəbdə 78 nəfər müəllim çalışır. Onlardan 67 nəfəri ali, 11 nəfəri isə orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 50 sinfində 1158 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 24 nəfərdir. Məktəb üzrə müəllimlərin orta dərs yükü 18 saatdır və bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb altı günlük iş rejimində, iki növbədə işləyir. Məktəbin binası 2006- cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Dam örtüyü və kommunikasiya xətləri dəyişdirilmiş, sinif otaqları təmir edilmişdir. Hal- hazırda idman zalı, akt zalı və əlavə sinif otaqları tikilir. Son illərdə məktəbdə bir çox maraqlı, yadda qalan tədbirlər keçirilmişdir. “Narkomaniya –əsrin bəlasıdır” silsilə tədbirləri, Azərbaycan Respublikası Ekoloji mərkəzin mütəxəsisləri ilə keçirilən Ekologiya həftələri, əlamətdar günlərə həsr olunmuş tədbirlər, tanınmış insanlarla görüşlər, respublika və rayon miqyasında keçirilən mədəni- kütləvi tədbirlərdə, idman yarışlarında, müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə məktəbin şagirdləri fəal iştirak etmişdir. Bütün bunlar da onların dünya görüşlərinin formalaşmasında mühüm rol oynamışdır. Sabunçu rayon Gənclər İdarəsi ilə birlikdə “Heydər Əliyev-91” silsilə tədbirləri keçirilmişdir. Məktəbin bir neçə yuxarı sinif şagirdləri rayon üzrə müxtəlif mövzularda keçirilmiş şeir müsabiqələrində fəal iştirak etmiş və fəxri fərmanlarla təltif olunmuşlar. Məktəb şagirdlərinin idman nailiyyətləri həmişə yüksək olmuşdur. Belə ki, məktəblilərin spartakiadasında şagirdlər dəfələrlə mükafata layiq yerlər tutmuş, birinci dərəcəli diplomlar və kuboklarla təltif olunmuşlar. Bir ənənə halı olaraq məktəbin “Şahinlər” və “Cəsurlar” komandası Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən hərbi idman oyunlarında fəal iştirak etmiş və dəfələrlə I və II yerləri tutmuşlar. Məktəbin pedaqoji kollektivi ümummilli liderimiz H. Əliyevin gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrə hər zaman sadiq qalır və şagirdlərin elmə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılmasında əllərindən gələni əsirgəmirlər. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq "Dəyirmi masa"lar və görüşlər keçirilir. Məktəb “Yeni təlim metodlarının tətbiqi” problemi üzərində işləyir. Milli kurikulumla əlaqədar məktəbin müəllimlərinin bir hissəsi treninqlərdən keçirilmiş və məktəbdə “Milli kurikulum”, “Kurikulum öyrənirik” guşələri yaradılmışdır. Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində müntəzəm işlər aparılmış və bu işlər öz nəticəsini vermişdir. Son üç ildə məktəbin bir neçə şagirdi yüksək balla respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdurlar.
 
 

Məmmədov Faiq Arif oğlu

69 nömrəli tam orta məktəbin
direktoru
012-451-14-32

 

Keçidlər