Şriftin ölçüsü :

Saytın rəngi :

Bir damla QAN bir HƏYAT deməkdir!

21 fevral 2022 | 10:19

Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 21 fevral saat 10:00-dan 18:00-dək Sabunçu rayonu Sabunçu qəsəbəsi 12 saylı Şəhər Poliklinikasında keçiriləcək “Bir damla QAN bir HƏYAT deməkdir!” adlı qan vermə aksiyasına SƏN də qoşul!
Məlumat üçün bildirək ki, talassemiya və digər iris qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qan vermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qan vermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan iris qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Keçidlər