Şriftin ölçüsü :

Saytın rəngi :

Pilot Layihə

 
  Prezident İlham Əliyev cənablarının tapşırıq və göstərişi ilə Bakı şəhərində XIX əsrin sonu və XX əsrin əvvəllərində əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni çoxmənzilli yaşayış binalarının tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.
  İlk olaraq, Sabunçu rayonunda son illərdə aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 322 saylı 8 oktyabr 2015-ci il tarixli “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunmasl ilə əlaqədar genişmiqyaslı işlərin icrasına başlanmışdır.
  Qərarın icrası ilə əlaqədar “Yeni Sabunçu” Mənzil Tikinti Kooperativi tərəfindən ilk növbədə Ramana qəsəbəsi Bünyat-zadə küçəsi 23 ünvanında yerləşən, 1901-ci ildə tikilmiş 2 mərtəbəli, 34 mənzilli yaşayış evi sökülərək, yerində 10 mərtəbəli, 80 mənzilli yeni yaşayış binası tikilmişdir.
  Tikinti aparılan zaman binada yaşayan 34 ailə kirayəyə köçürülmüş və şirkət tərəfindən onlara hər ay kirayə haqqı ödənilmiş, 3 ailəyə və qeyri-yaşayış obyektlərin sahiblərinə isə müvafiq kompensasiya verilmişdir.
  Köçürülmüş sakinlərə yeni binada verilən mənzillərin sahəsi əvvəl yaşadıqları mənzillərin sahəsindən 30-35 % çox olmaqla binanın həyəti abadlaşdırılmış, uşaq meydançaları quraşdırılmışdır.
  2016-ci ilin noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə I Pilot layihə formatında tikilmiş həmin yaşayış evinin açılış mərasimi olmuş və bina sakinlərin istifadəsinə verilmişdir.
  Ölkə prezidenti İlham Əliyev cənablarının Nazirlər Kabinetinin 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Sabunçu rayonunun ərazisində “Pilot layihə” formatında görülmüş işlərə verdiyi yüksək qiymət bu işlərin davam etdirilməsinə böyük stimul yaratmışdır.
  2016-ci ildə “Pilot layihə” çərçivəsində Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi 39 və 39ünvanlarında 2 mərtəbəli yaşayış binası, eləcə də tikinti altına düşən 10 ədəd ikimərtəbəli fərdi yaşayış evləri və bir neçə qeyri-yaşayış obyektləri sökülərək, yerində 10 mərtəbəli, 2 girişli, 122 mənzilli yaşayış binasının inşasına başlanılmışdır.
  Artıq bu binanın da inşası başa çatmış və sentyabr ayının sonlarında istifadəyə verilməklə sökülmüş binalarda yaşamış sakinlər və digər ünvanlardan köçürülmüş 40-a yaxın ailə yeni, tam təmirli daha çox sahəsi olan mənzillərlə təmin olunmuşdur.
  2016-ci ilin iyun ayında Bakıxanov qəsəbəsinin Mehmandarov küçəsi ev 17,19 və Mədəniyyət küçəsi ev 28 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan 3 ədəd iki və üç mərtəbəli cəmi 57 mənzilli yaşayış binaları, eləcə də 3 mərtəbəli qeyri-yaşayış obyekti sökülərək, yerində 3 ədəd 12 mərtəbəli, 2 girişli, 322 mənzilli binaların tikintisinə başlanılmışdır.
  Bu binalardan da köçürülən 57 ailənin hər birinə əvvəlki yaşayış sahəsindən 30-35%-dən artıq sahəsi olan tam təmirli mənzillərin verilməsi nəzərdə tutulmuşdur.
  Hal-hazırda bu binaların 12-ci mərtəbəsinin inşası başa çatıb və onların 2018-ci ilin birinci yarımilliyində istifadəyə verilməsi planlaşdırılır.
  Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Sabunçu rayonunda geniş miqyaslı abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün rayon ərazisində bir çox yeni layihələrin icrası üzrə planlar hazırlanır və Bakıxanov qəsəbəsi ilə yanaşı Sabunçu, Zabrat qəsəbələrində də “Pilot layihə” formatında qəzalı vəziyyətdə olan köhnə binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikintisi nəzərdə tutulub.
  Görülən bu böyük miqyaslı işlər ölkə Rəhbərinin qəzalı binalarda yaşayan vətəndaşlarımıza göstərilən diqqət və qayğısi ilə yanaşı, həm də minlərlə yeni iş yerlərinin açılmasına şərait yaradır.
  2017-ci ilin sonlarında Bakıxanov qəsəbəsində yerləşən Mehmandarov 12 ünvanındakı 2 mərtəbəli 3 girişli və 3 mərtəbəli 1 girişli yaşayış evi və qeyri-yaşayış binaları, həmçinin, bir neçə primitiv fərdi yaşayış evləri sökülərək yerində 2 girişli yaşayış binasının tikintisinə başlanılmışdır.
  2018-ci ilin yanvarında Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 70, 72 və 74, Ərəblinski küçəsi 14, 14a, 16, 18 və 18a, Ramiz Qəmbərov küçəsi 19 və 21 ünvanlarındakı keçən əsrin əvvəllərində inşa edilmiş qəzalı vəziyyətdə olan 2 mərtəbəli binalarda yaşayan 150-dən çox ailə kirayə mənzillərə köçürülərək qeyd olunan ünvanlardakı binaların yerində də yüksəkmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi planlaşdırılmışdır.   

 

Keçidlər