Ümummilli Lider Heydər Əliyevin Sabunçu rayonuna səfərləri
Ümummilli Lider Heydər Əliyevin Sabunçu rayonu sakinlərinin qəlbində özünəməxsus yeri var. Uzun illər Sabunçu rayonundan seçilmiş deputat kimi rayonun iqtisadiyyatının inkişafı, xalqın maddi rfahı halının yaxşılaşdırılması, təhsil və təhsil işçilərinə atalıq qayğısı, gənclərə yaradılmış gözəl şərait və bir çox işlərə görə biz bu Dahi insana borcluyuq. Sabunçu rayonunda fəhlələr üçün ucaldılan binalar, 5 ümumtəhsil məktəbi, bir neçə uşaq bağçası, əhalinin istirahəti üçün istifadəyə verilmiş park və guşələr Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə dəfələrlə rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərlə, ağsaqqallar, din xadimləri, əmək adamları ilə müxtəlif görüşlər keçirmiş, bayramlarda şəxsən özü iştirak etmişdir. Hər görüş isə sadə zəhmət adamları üçün unudulmaz, tarixi anlara çevrilərək həkk olub, Ulu Öndərə məhəbbəti birə-beş artırmışdır.
Əsrlər keçəcək lakin Heydər Əliyev və Azərbaycan adları qoşa səslənəcək, çünki müasir və müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi bu böyük şəxsiyyətin qayəsi idi. Ömrü boyu doğma xalqından ayrılmayan, daim onun keşiyində duran Ümummilli Lider Heydər Əliyev “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam !” deməklə bunu bir daha sübut etmişdir.