“ƏN KÖNÜLLÜ” SƏN OL!
01 aprel 2019 | 10:32
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşarası gəncləri “ƏN KÖNÜLLÜ” layihəsinə dəvət edir.
Namizədlər üçün tələblər:
Namizədlər üçün tələblər:
-
İntizamlılıq;
-
Xoşrəftarlılıq;
-
Ünsiyyətcillik;
-
Operativlik;
-
Kollektivdə işləmək bacarığı;
-
Təşkilatçılıq;
-
Təşəbbüskarlıq;
-
Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunacaqdır:
09:00-13:00 – Birinci növbə
14:00-18:00– İkinci növbə
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər 01.04.2019-cu il tarixdən 20.04.2019-cu il tarixədək aşağıdakı linkə daxil olmaqla müraciət formasını yükləyərək doldura və " mail@sabunchu-ih.gov.az " e-poçt ünvanına göndərə bilərlər.
Link: /page/412.html
Həmçinin, namizədlər Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsi 56 ünvanında yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək sənədlərini İnformasiya təminatı və təhlili sektoruna təqdim edə bilərlər.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.