Hüquqi yardım aksiyası
23 may 2022 | 16:29
Əziz sakinlərimiz!
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26.05.2022-ci il tarixdə, saat 11:00-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Gənclər Evində vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçiriləcəkdir.
Qeyd edək ki, müraciət edən vətəndaşların hər biri fərdi qaydada dinlənilərək müvafiq hüquqi məsləhət ala biləcəkdir.