Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu qəsəbə sakinlərinin nəzərinə

27 avqust 2022 | 11:11
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bələdiyyələrlə İş Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin erkən aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Sabunçu bələdiyyəsində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiya tərəfindən çox sayda maarifləndirici bukletlər hazırlanaraq əhali arasında paylanılır.
   Əgər Siz və ya ətrafınızdakı digər şəxslər məişət zorakılığına məruz qalırsa çox uzağa getmədən bələdiyyədə fəaliyyət göstərən Komissiyaya ilkin məlumat verməyiniz və ya müraciətinizi anonim şəkildə bələdiyyənin binasında yerləşdirilmiş xüsusi qutuya daxil etməyiniz xahiş olunur. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində komissiya aidiyyəti qurumlarla birgə iş aparır.
   Unutmayın ki, cəmiyyətin bəlası olan məişət zorakılığı ilə mübarizədə rast gəldiyiniz neqativ hallarla bağlı vaxtında aidiyyəti qurumlara müraciət etməklə bir ailəni, o cümlədən bütöv bir cəmiyyəti xilas edə bilərsiniz!
   Məişət zorakılığına birlikdə YOX ✋ deyək!
Keçidlər