Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsinə dair elan

17 yanvar 2023 | 19:20
 ELAN
 
  “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli, 171 nömrəli  Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 2023-cü il tarixli, 08 nömrəli Sərəncamı ilə Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya keçiriləcək növbəti seçki ilə əlaqədar Seçki Komissiyası  yaradılmışdır.
   18 yanvar 2023-cü il tarixdən etibarən 20 iş günü müddətində (16 fevral 2023-cü il tarixədək) Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı keçiriləcək.
Keçidlər