Şriftin ölçüsü :

Saytın rəngi :

01 Noyabr 2023-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Türkman Yolçu oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.

01 noyabr 2023 | 14:50
01 Noyabr 2023-ci il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Türkman Yolçu oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Məmmədov Türkman Yolçu oğlu 28.09.1998-ci ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. 2000-ci ildən etibarən Türkman ailəsi ilə birgə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşamağa başlamışdır. 2019-cu ildə N saylı hərbi hissədə xidmətə başlayır. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Türkman oktyabrın 27-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 1 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
Keçidlər