Şriftin ölçüsü :

Saytın rəngi :

02 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Camal Xaliq oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.

02 noyabr 2023 | 15:21
     02 Noyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Camal Xaliq oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin müavini Rahim Budaqov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
     Əliyev Camal Xaliq oğlu 01.08.1993-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 74 nömrəli tam orta məktəbi bitirmişdir. 2015-ci ildə Dövlət Neft Akademiyasını bitirmişdir. 2015-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır.
     Vətən müharibəsi zamanı Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 02.11.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər