Şriftin ölçüsü :

Saytın rəngi :

06 Mart 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində Vətən müharibəsi şəhidi Dadıyev Elnur Cəlal oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

06 mart 2024 | 18:00
     06 Mart 2024-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində Vətən müharibəsi şəhidi Dadıyev Elnur Cəlal oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
     Dadıyev Elnur Cəlal oğlu 06.03.1998-ci ildə Lerik rayonunda anadan olmuşdur. 2005-2011-ci illərdə 94 №-li, 2011-2013-cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 №-li məktəbdə oxumuşdur.
     2016-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
     28.10.2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər