Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu

07 mart 2024 | 15:28
     07.03.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
     Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq xanımları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı. A.Vəliyev qeyd etdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Qadınların ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışdığını vurğulayan A.Vəliyev bugün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən uzaqda öz şəxsi keyfiyyətləri, bacarığı və əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil etdiyini bildirdi.
     Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, müavinlər Elşən Həsənli, Rəna Vəliyeva və digərləri çıxış edərək bütün qadınları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
     Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xanımlara gül və hədiyyələr təqdim olundu.
Keçidlər