Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda konfrans keçirilmişdir

07 dekabr 2022 | 14:18
   07.12.2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının təşkilatçılığı ilə “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda konfrans keçirilmişdir.
   Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova iştirak etmişdir.
  Konfransda "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın 12.4.4-cü bəndinin icrasına dəstək məqsədi və Avropa İttifaqının dəstəyi ilə İsveçin NİRAS şirkəti tərəfindən icra olunan “Avropa İttifaqı Gender Bərabərliyi Naminə: İslahata Yardım Xidməti” layihəsi çərçivəsində hazırlanan məişət zorakılığına məruz qalmış ahıllar və əlilliyi olan şəxslərə xüsusi dəstək proqramlarının həyata keçirilməsinə dair təlimat və məişət zorakılığına məruz qalmış ahıllar və əlilliyi olan şəxslər üçün hazırlanmış xüsusi dəstək proqramı müvafiq dövlət orqanlarına, qeyri-hökümət təşkilatlarına, beynəlxalq təşkilatlara və media nümayəndələrinə təqdim olunmuşdur.
Keçidlər