Şriftin ölçüsü :

Saytın rəngi :

“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar Sabunçu rayonun gəncləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etdilər

29 iyul 2025 | 17:24
29.07.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov və  Bakı Gənclər Mərkəzinin Tədbirlər və layihələr üzrə rəhbəri Kənan Şərifovun iştirakı ilə rayonun bir qrup fəal gənci Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası ilə tanış oldu.
Nizami Muzeyinin Zəngin ədəbiyyatımızın  keçdiyi şərəfli yol, yazıçı və şairlərimizin ədəbi irsi muzeyin böyük elmi işçisi Gülnar Əqiqin təqdimatı ilə qonaqlarda dərin təəssürat yaratdı. Gənclər  milli ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz və incəsənətimiz barədə maraqlı məlumatlar  əldə etdilər. Ədəbiyyatımız hər zaman gənc nəslin tərbiyəsində, milli kimliyinin və  milli şüurunun formalaşmasında, onların  bədii təfəkkürünün inkişafında mühüm rol oynamışdır. Müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun inkişafında da ədəbiyyatımız, yaxın dövr tariximiz xüsusi yer tutur. Sabunçu rayonunun gənc könüllüləri muzeyimizdə nümayiş olunan qiymətli eksponatlar vasitəsilə Azərbaycan ədəbiyyatını bir daha  dərindən mənimsəyərək, bu günə qədər bilmədikləri faktlarla öz biliklərini zənginləşdirdilər. Nizami Gəncəvinin qəbrindən tapılmış parça nümunəsi, eləcə də Nizaminin Leninqradda (Sankt-Peterburq) İkinci Dünya müharibəsi zamanı Ermitaj  muzeyində keçirilmiş yubileyindən yadigar qalmış dəvətnamə gənclərin dahi şairə olan ehtiramını daha da yüksəltdi. 
Ekskursiyanın sonunda Milli Məclisin sədr müavini, Nizami Muzeyinin direktoru, akademik Rafael Hüseynov qonaqlarla görüşərək muzeyin yaranma tarixçəsindən söhbət açdı, bu məkanın Azərbaycanın cümhuriyyət tarixində böyük əhəmiyyət daşıdığını vurğuladı. Hər bir xalqın inkişafının təməlində söz və dilin durduğunu qeyd edən akademik muzeyin ədəbi-mədəni sərvətimizi qoruyub nəsillərə ötürən müqəddəs bir məkan olduğunu qeyd etdi.
Akademik Rafael Hüseynov eyni zamanda Sabunçu qəsəbəsində doğulub boya-başa çatan yazıçı, II Dünya Müharibəsi iştirakçısı Hüseyn Natiqin xalqımız və vətənimiz qarşısında xidmətlərindən danışaraq yazıçının Sabunçu rayonu ərazisində xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklif irəli sürdü.
Akademik Rafael Hüseynov  çıxışında  gənclərə, Vətənimizin layiqli nümayəndəsi kimi yetişməyi, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasına sadiq olmağı, yurdun hər qarışının  qədrini bilməyi, ədəbiyyatımızı, tariximizi  dərindən mənimsəməyi tövsiyə etdi, gənclərə işlərində uğurlar arzuladı.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva qonaqların adından muzey rəhbərliyinə minnətdarlığını bildirərək bu tədbirin “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunduğu qeyd etdi. R.Vəliyeva bu əlamətdar günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini vurğulayaraq Ümummilli Liderin Azərbaycan əlifbası kimi, dilinin də hərtə­rəfli inkişafı, qorunması, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması istiqamətində misilsiz xidmətlərindən söz açdı. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin doğma dilimizə həs­saslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatı, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlər la­tın qrafikasında yenidən nəşr edildi. Pre­zidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sə­rəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. Bildirildi ki, ölkə prezidentinin 2012-ci il mayın 23-də imzaladığı "Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in­kişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi bö­yük önəmdən xəbər verir.
Görüşün sonunda xatirə fotoşəkilləri çəkildi.
 
Keçidlər