Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid övladları üçün bayram şənliyi təşkil olundu.

31 may 2024 | 13:52
31.05.2024-cü il tarixdə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə rayonda fəaliyyət göstərən “Bakıxanov Mall” ticarət və əyləncə mərkəzində Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşları, Sabunçu rayon bələdiyyə sədrləri, şəhid ailələri və övladlarının iştirakı ilə keçirilən tədbirdə uşaqlar müxtəlif nağıl qəhrəmanları ilə birlikdə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.
Tədbirin sonunda uşaqlara Sabunçu rayon bələdiyyələri tərəfindən hədiyyələr təqdim olundu.
Keçidlər