Şriftin ölçüsü :

Saytın rəngi :

1 oktyabr - Beynəlxalq Ahıllar Günü”nə həsr edilən tədbir keçirildi

01 oktyabr 2024 | 18:59
   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “1 oktyabr - Beynəlxalq Ahıllar Günü”nə həsr edilən tədbir keçirilib. 
   Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov,  qeyri-hökumət təşkilatlarının nümayəndələri, Agentliyin sosial tərəfdaşları və ahıllar iştirak edib. 
   Əvvəlcə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin fotolarından ibarət sərgiyə baxış keçirilib. 
   Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi ölkəmizdə 1993-cü ildən hər il Beynəlxalq Ahıllar Günü yüksək səviyyədə qeyd olunur. 
   Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. 
“Sosial xidmət haqqında” Qanuna əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 
   Bildirilib ki, Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 216 ahıl şəxs dövlət himayəsində yaşayır. Bu müəssisədə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edirlər. 
   Agentlik tərəfindən bu il tənha və əlilliyi olan 4366 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 3980 nəfəri ahıl şəxslərdir. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. 
   Sonra “Ahıllar evi”nin sakinləri, əməkdaşları və peşəkar aktyorların “Bəxtiyar” filminin motivləri əsasında birgə hazırladığı tamaşa təqdim edilib. 
   Xalq artistləri Fidan Hacıyeva, Cavan Zeynallı və Fərid Əliyevin ifaları dinlənilib. 
   Ahıllar evinin sakinləri və əməkdaşlarının ifasında “Biz mehriban ailəyik” mahnısı böyük maraqla qarşılanıb.
Keçidlər