Sabunçu rayonunda şəhid və məcburi köçkün ailələrlə görüş keçirildi
Sabunçu rayonunda 15 mart 2014-cü il tarixdə Novruz bayramı ərəfəsində rayonda yaşayan şəhid və məcburi köçkün ailələri, əlillərlə görüş keçirildi.
Rayon İcra Hakimiyyəti başçısının I müavini Şakir Alıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı və qarşıda gələn Novruz bayramı münasibətilə təbrik etdi. Qeyd olundu ki, Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə Novruz bayramı çox geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edilir. Səmimi mühitdə keçən görüşdə iştirakçılar bir daha ölkənin Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdən sonra şəhid və məcburi köçkün ailələrinə, əlillərə bayram sovqatları paylanıldı.