Sabunçu rayonunda “İlk tibbi yardım aylığı” başlanılmışdır
05 noyabr 2019 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun orta ixtisas təhsili müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisəsində “İlk tibbi yardım aylığı” başlanılmışdır.
Layihə çərçivəsində ilk olaraq 06.11.2019-cu il tarixdə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sağlam Ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə gənclərlə görüş keçirilmişdir. Görüş zamanı gənclərə ilk tibbi yardımın mahiyyəti və məqsədi izah olunmuş, növləri və qaydaları barədə ətraflı məlumat verilmişdir.
Sonda qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.
Qeyd edək ki, aylıq çərçivəsində mütəmadi olaraq rayonda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində görüşlər keçiriləcəkdir.