Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Nardaran qəsəbəsində “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə möhtəşəm tədbir keçiridi

07 noyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 08.11.2019-cu il tarixdə Sabunçu rayonunun Nardaran qəsəbəsində “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə möhtəşəm tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil müəssisələrinin şagird və müəllim heyəti, qəsəbə sakinləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
   Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbir məktəblilərdən ibarət paradla davam etdi.
   Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev çıxış edərək dövlət bayrağının tarixi barədə ətraflı məlumat verdi. Bildirildi ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. A.Vəliyev işğal altındakı torpaqlarımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində düşməndən azad ediləcəyi, dövlət bayrağımızın Xankəndidə, Şuşada və digər şəhərlərimizdə dalğalanacağı günün uzaqda olmadığını əminliklə vurğuladı.
   Milli Məclisin deputatları Eldar Quliyev, Fazil Mustafa və Dilarə Cəbrayılova Azərbaycan bayrağının hər bir vətəndaşın qürur rəmzinə çevrildiyini bildirdilər. Diqqətə çatdırıldı ki, bu gün üçrəngli bayrağımızın kölgəsi altında sıx birləşən xalqımız işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığına inanır.
   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da çıxışı zamanı qeyd etdi ki, müasir Azərbaycan gənci bayrağını sevir, tarixini bilir və ona sıx bağlıdır. Gənclərimiz üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda yenidən dalğalandırmaq üçün mübarizəyə hər an hazırdırlar.
   Çıxışlardan sonra möhtəşəm veloyürüşə start verildi. Yürüşə Azərbaycan Velosiped İdmanı Federasiyasının və rayonun həvəskar velosipedçiləri də qoşuldular. Start və finiş nöqtəsi Nardaran Mədəniyyət Mərkəzinin qarşısında olan veloyürüş zamanı iştirakçılar qəsəbənin küçələri ilə dövrə vurdular.
   Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı Gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və velosiped idmanına marağın artırılmasıdır.
   Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir sıra şəxslər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildilər.
Mərasim konsert proqramı ilə başa çatdı.
 
Ətraflı: https://www.facebook.com/sabunchuih/posts/1410881292408170?__tn__=K-R
 
Keçidlər