Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda əhalinin dispanserizasiyası uğurla davam edir

16 mart 2014 | 20:00

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin  tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən başlayaraq respublikamızın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir. Fevralın 17-dən etibarən xüsusi qrafiklər üzrə aparılan dispanserizasiyadan rayon üzrə 60557 nəfər insanın  müayinələrdən keçməsi təmin olunmuşdur. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunub, həkim göstərişinə uyğun olaraq müvafiq diaqnostik müayinələrdən keçirlər.  Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunublar.
Ölkə başçısının verdiyi bu tapşırıq, əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Qeyd edək ki, rayonda əhalinin tibbi müayinəsi  may ayının 1-dək davam edəcək.

Keçidlər