Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

17 noyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 18.11.2019-cu il tarixdə Maştağa qəsəbəsi 255 nömrəli tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi, Maştağa Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
   Səyyar görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciətlər etdilər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər