“Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş dəyirmi masa keçirilib
24 noyabr 2019 | 20:00
25.11.2019-cu il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT ilə birgə həyata keçirəcəyi “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş dəyirmi masa keçirilib. Kampaniya 25 noyabr - Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqlarının pozulması kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyələrdə maarifləndirmə aparmaqdır.
Tədbirdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və müvafiq qurumların rəhbər və məsul şəxsləri iştirak edirdilər.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dəyirmi masada çıxış edərək qadınlara qarşı zorakılığın müasir dövrün qlobal problemlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, insan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüquqlarını bilmələri, onların fəallığının artırılması Azərbaycan hökumətinin prioritetlərindəndir. Dünyanın bir çox ölkələrində qadınlara qarşı zorakılığın öyrənilməsi və aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görüldüyünü vurğulayan Hicran Hüseynova Azərbaycanda da zorakılıq hallarının araşdırıldığını, belə halların qarşısının alınması istiqamətində davamlı işin aparıldığını diqqətə çatdırıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes təmsil etdikləri qurumların qadın və qızlara qarşı zorakılıqla mübarizədə gördükləri tədbirlərdən danışıb, Azərbaycanda bu istiqamətdə atılan addımları yüksək qiymətləndiriblər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun rəhbəri Rəna Fərəcova çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. Qeyd olunub ki, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır. Yetişməkdə olan gənc nəslin gender əsaslı zorakılıq, erkən nikahlar, ailə dəyərləri və s. mövzularda daha çox maariflənməyə ehtiyacı olduğunu vurğulayan Rəna Fərəcova Monitorinq qrupu tərəfindən bu məqsədlə bir sıra maarifləndirici işlərin aparıldığını da diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və digər çıxış edənlər qadın zorakılığının cəmiyyətə təsirindən danışıb, onun qarşısının alınması üçün beynəlxalq təcrübənin öyrənilməsinin, maarifləndirmə işlərinin aparılmasının və preventiv tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.