Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirildi

28 mart 2014 | 20:00

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibəti ilə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin YAP Sabunçu rayon təşkilatının binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir milli təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümünə həsr olunmuş sənədli filmin nümayişi ilə başlandı. Sabunçu rayon İcra Hakimiyyətinin, Milli Təhlükəsizlik Nazirliyi Sabunçu rayon şöbəsinin rəhbərliyi və əməkdaşlarının, həmçinin rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdikləri tədbiri açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırmışdır. A.Vəliyev çıxış edərək respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında Azərbaycan milli təhlükəsizlik orqanlarının rolundan danışmışdır.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon şöbəsinin rəisi polkovnik Faiq Nuriyev milli təhlükəsizlik orqanlarının tarixinə və qarşıda duran vəzifələrə həsr olunmuş məruzə ilə çıxış etdi. Tədbirdə çıxış edən Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və  Sabunçu rayon prokuroru Ceyhun Şirinov milli təhlükəsizlik orqanlarının inkişaf mərhələsindən və keçdiyi inkişaf yolundan söhbət açmışlar, milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik etmişlər.
Sonda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon şöbəsinin əməkdaşlarına Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Keçidlər