Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi
11 dekabr 2019 | 20:00
12.12.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev öz çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. A.Vəliyev Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.
Daha sonra çıxış edənlər Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi, xalqına bağlılığı, haqq yolundakı mübarizliyi, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlar və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açdılar.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev yekun sözü ilə çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, dünya azərbaycanlılarının müstəqil Azərbaycan ətrafında birləşməsi üçün yorulmadan çalışması və Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Ulu öndər kimi qalmasından danışdı.