Sabunçu rayonunun Pirşağı qəsəbəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi
24 dekabr 2019 | 20:00
25.12.2019-cu il tarixdə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi və 10 nömrəli sanatoriya tipli internat məktəbinin müəllim və şagird heyəti iştirak edirdilər.
Tədbiri giriş sözü il açan 10 nömrəli sanatoriya tipli internat məktəbinin direktoru Münəvvər Əşrəfova qonaqları salamladı. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova qeyd etdi ki, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” azərbaycanlıların ümumdünya birlik günüdür və bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir ənənəyə çevrilib. Çıxışının sonunda R.Fərəcova bayram münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi.
Digər çıxış edənlər də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin formalaşmasında mühüm rola malik olduğunu vurğuladılar.
Tədbir məktəbin şagirdlərinin ifasında şən mahnılar və rəqslərlə davam etdi. Əyləncəli klounlar, Şaxta baba və Qar qız və müxtəlif nağıl qəhrəmanlarının çıxışları isə şənliyə daha da rəng qatdı.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.

Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1459391650890467