“Ən Könüllü” layihəsinin iştirakçıları ilə yekun iclas keçirildi
27 dekabr 2019 | 20:00
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaş arası gənclər arasında başlanmış “Ən Könüllü” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində 28.12.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində “Ən Könüllü” layihəsinin iştirakçıları ilə yekun iclas keçirildi. İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov və Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev iştirak edirdilər.
İclasda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova ölkədə geniş vüsət alan könüllülük hərəkatının məqsədi və əhəmiyyəti barədə söz açaraq ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin könüllülük hərəkatında iştirakına xüsusi diqqət və qayğı göstərdini qeyd etdi.
Sabunçu Rayon İcra Hakimiyyətində iki ay boyunca fəaliyyət göstərən könüllülərin fəaliyyəti barədə söz açan R.Fərəcova könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi hazırlanmış xasiyyətnamələr təqdim etdi. Bununla yanaşı, könüllülər Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Şəxsi inkişaf”, “Dövlət qulluğu”, “Natiqlik, bədən dili bacarıqları” və “Sosial könüllülük” adlı təlimlərdə uğurlu iştiraklarına görə Sabunçu Gənclər Evi tərəfindən diplomlarla təltif edildilər.

Ətraflı linkdə: https://www.facebook.com/sabunchuih/posts/1461650980664534