Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibətilə tədbir keçirildi

29 dekabr 2019 | 20:00
   30.12.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və“Yeni İl” münasibətilə tədbir keçirildi.
    Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyət ibaşçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayonun xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon  İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev  qeyd etdi ki, “31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan xalqının birlik günüdür və bu bayramın qeyd edilməsi artıq dünya azərbaycanlıları tərəfindən bir  ənənəyə  çevrilmişdir. A.Vəliyev öz çıxışında bu bayramın yaranma tarixindən bəhs edərək,Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğunu və canab Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini bu gündə layiqincə davam etdirdiyini xüsusi vurğuladı.
    Daha sonar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çıxış edərək qeyd etdi ki, möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizin bu günkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 10 ildə cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.
    Sonda Sabunçu Rayon  İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bayram münasibətilə tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik etdi və qarşıdan gələn 2020-ci ilin onlar üçün uğurlu il olmasını arzuladı.
Keçidlər