Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

26 yanvar 2020 | 20:00
   27.01.2020-ci il tarixdə Sabunçu rayonunun Maştağa Mədəniyyət Mərkəzinin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi, Maştağa Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.  
   İclası giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev ötən il ərzində qəsəbədə görülmüş işlər barədə ümumi məlumat verdikdən sonra Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Məmmədəliyev Fərid hesabat məruzəsi ilə çıxış etdi.
  Sonda çıxış edən qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər. Sakinlərin müraciət və təklifləri dinlənildikdən sonar onlara müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər